Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

Azərbaycan taekvondoçuları Belqradda keçirilən Serbiya açıq çempionatında iki medal qazanıblar.

"Birxeber.Az" xəbər verir ki, G2 kateqoriyalı turnirdə Taleh Süleymanov (+87 kq) gümüş mükafata sahib çıxıb.

Səyyad Dadaşov (54 kq) isə yarışda bürünc medal əldə edib.