Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı 125 müraciət daxil olub

Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı 125 müraciət daxil olub

Bayram günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 125 müraciət daxil olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, şöbəyə qəbul edilən xəstələrdən 4-ü kəskin psixotrop maddədən, 2-si dərmandan, 2-si allergiya, 3-ü sirkə turşusundan zəhərlənən şəxslərdir: "Həmçinin 1 nəfər ilan sancması, 1 nəfər botulizm, 1 nəfər dəqiqləşdirilməmiş spirtin toksiki təsviri, 1 nəfər dəm qazı, 1 nəfər anafilaksiya səbəbindən, 2 nəfər allergiya, 1 nəfər isə fosfor üzvi birləşmələri (FÜB) zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Ölüm qeydə alınmayıb".