Bu ilin I rübündə informasiya və rabitə sahəsi üzrə ödəniş daxilolmaları 46% artıb

Bu ilin I rübündə informasiya və rabitə sahəsi üzrə ödəniş daxilolmaları 46% artıb

Cari ilin birinci rübündə informasiya və rabitə sahəsi üzrə ümumi ödəniş daxilolmaları 900 mln. manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu iqtisadi fəaliyyət sahəsində daxil olan ödənişlərin məbləği ötən ilin müvafiq dövrünə nəzərən 46% və ya 283.4 mln. manat artıb.

Qeyd edilib ki, artıma töhfə verən əsas amil simli rabitə xətlərinin fəaliyyəti qrupundan irəli gələn artım olub. Belə ki, bu qrupda 2.3 dəfə və ya 134.5 mln. manat artım qeydə alınıb. Bundan əlavə simsiz rabitə xidmətlərinin göstərilməsi (71.5 mln. manat) və məlumatların işlənməsi (45.7 mln. manat) qruplarında əhəmiyyətli artım, peyk rabitəsi xidmətlərinin göstərilməsi (15.4 mln. manat azalma) və televiziya proqramlarının tərtib edilməsi (10.3 mln. manat azalma) qruplarında isə azalma qeydə alınıb.