Azərbaycan atleti lisenziya xarakterli turnirdə bürünc medal qazanıb

Azərbaycan atleti lisenziya xarakterli turnirdə bürünc medal qazanıb

Azərbaycan atleti Lamiyə Vəliyeva Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda lisenziya xarakterli beynəlxalq turnirdə bürünc medal qazanıb.

"Birxeber.Az" xəbər verir ki, milli komandanın üzvü 60 metr məsafəyə qaçışda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

L.Vəliyeva məsafəni 7.67 saniyəyə başa vurub.