“Naxçıvan fotolarda” adlı fotosərgi təqdim olunub - FOTO

“Naxçıvan fotolarda” adlı fotosərgi təqdim olunub - FOTO

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq Muğam Mərkəzində “Naxçıvan fotolarda” adlı fotosərgi təqdim olunub.

APA xəbər verir ki, Mədəniyyət Nazirliyi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik İsa Həbibbəyli, deputatlar, ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri və media mənsubları iştirak edib.

Çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli son illərdə Naxçıvanın inkişafına diqqət çəkərək tədbirin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Eləcə də digər çıxışçılar Naxçıvanın tarixi və hazırkı inkişafı barədə söz açıblar.

Tədbir bədii hissə ilə davam edib.