Türkiyədə minik maşını ilə avtobus toqquşub, 22 nəfər yaralanıb

Türkiyədə minik maşını ilə avtobus toqquşub, 22 nəfər yaralanıb

Türkiyənin Malatya şəhərində minik maşını ilə sərnişin avtobusu toqquşub.

“Report” xəbər verir ki, hadisə Malatya-Elazığ yolunda qeydə alınıb.

Qəza nəticəsində avtobusdakı 19, avtomobildəki 3 nəfər yaralanıb. Xəsarət alanlardan birinin həyati təhlükəsinin olduğu bildirilir.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı istintaq başlanılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi hələ ki məlum deyil.