Polşa Prezidenti: İndi Ukraynaya hər şeydən çox silah-sursat lazımdır

Polşa Prezidenti: İndi Ukraynaya hər şeydən çox silah-sursat lazımdır

Ukraynada vəziyyət çox çətindir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Litvanın LRT telekanalına müsahibəsində deyib.

O bildirib ki, Ukraynanın Rusiya işğalı altında olan ərazilərini azad etməsi üçün bütün mümkün addımları atmaq lazımdır: “Bu, bütün dünya üçün vacib olmaqla yanaşı, həm də beynəlxalq hüququn qüvvədə olması deməkdir”.

Polşa Prezidentinin sözlərinə görə, indi Ukraynaya hər şeydən çox silah-sursat lazımdır:

“Sülh danışıqları ilə bağlı hələ ki bir şey eşitməmişəm. Mən bilirəm ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin işğal altındakı ərazilərin azad olunmasına dair mövqeyi çox radikaldır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.