COP29-a hazırlıq üzrə işlər 2 istiqamətdə aparılır

COP29-a hazırlıq üzrə işlər 2 istiqamətdə aparılır

COP29-a hazırlıq üzrə görülən işlər iki istiqamətdə aparılır.

"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

O bildirib ki, ilk istiqamət tədbirdə qəbul olunan sənədlər üzrə işlər, həm də Azərbaycanın iqlim mövzusunda təklifləri ilə bağlıdır: "Eyni zamanda bir çox dövlətlərə səfərlər edilib, COP29-la bağlı təcrübələr toplanılıb. COP29-la bağlı gözlənilən müzakirələr edilib. Bakı COP-u ilə bağlı əsas gözlənti tərəflər arasında fikir ayrılıqlarını nəzərə almaqla konsensus yaratmaqdır".