Nazir: Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib

Nazir: Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib

Azərbaycan 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib.

"Birxeber.Az" xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

O xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Nazir bununla bağlı işlərin uğurlar davam etdiyini vurğulayıb.