Bakıda BMW qaçırılıb, yeniyetmə tutulub

Bakıda BMW qaçırılıb, yeniyetmə tutulub

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

DİN-dən Birxeber.Az-ya verilən məlumata görə, yanvarın 28-də Xətai rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində avtomobillə saxlanılıb.