Türkiyəyə yardım təklifi edən ilk ölkə Azərbaycan olub

Türkiyəyə yardım təklifi edən ilk ölkə Azərbaycan olub

Türkiyədə 7,4 bal gücündə olan zəlzələnin baş verməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başlayıb.

“Birxeber.Az”un Ankara bürosunun məlumatına görə, yardım üçün müraciət edən ilk ölkə Azərbaycan olub.

Türkiyədə yerli mətbuat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməyə hazırlaşdığını açıqlayıb.

İsrailin xarici işlər naziri Eli Koen Kahramanmaraş mərkəzli zəlzələdən "dərin təəssüfləndiyini" ifadə edərək, təcili yardım proqramının hazırlanması üçün təlimat verdiyini bildirib.

Digər tərəfdən, İsrailin müdafiə naziri Yoaz Gallantın İsrail ordusu və nazirlik qurumlarına humanitar yardım göstərilməsi üçün təlimat verdiyi paylaşılıb.

Avropa İttifaqının Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzindən bildirilib ki, Hollandiya və Rumıniyadan xilasetmə qrupları Türkiyəyə dəstək məqsədilə yola çıxıb.

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis sosial media hesabında Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib. Mitsotakis paylaşımında zəlzələdə həyatını itirənlərin yaxınlarına başsağlığı verib və "Yunanıstan öz resurslarını səfərbər edir və dərhal kömək edəcək" deyib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

Hazırda Türkiyə qışın ən sərt dövrünü yaşayır. Hətta digər bölgələrinə nisbətən qışda mülayim hava ilə müşahidə olunan Qaziantepdə belə qarlı hava şəraiti müşahidə olunur, bu da zəlzələ baş verən ərazilərdə həyatı daha da çətinləşdirib.

Xarici siyasət Xarici siyasət
BMTM sədri: "Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında institutlaşma prosesinə başlanılıb"

BMTM sədri: "Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında institutlaşma prosesinə başlanılıb"

Xarici siyasət Xarici siyasət
Vətəndaş cəmiyyəti: "Sərhəddəki mədən əməliyyatları həm Azərbaycan, həm də Ermənistan üçün ciddi səhiyyə böhranı yarada bilər"

Vətəndaş cəmiyyəti: "Sərhəddəki mədən əməliyyatları həm Azərbaycan, həm də Ermənistan üçün ciddi səhiyyə böhranı yarada bilər"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev tacikistanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev tacikistanlı həmkarını təbrik edib

Xarici siyasət Xarici siyasət
Səfir: “Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabeliyi demokratiya üçün təhlükəlidir”

Səfir: “Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabeliyi demokratiya üçün təhlükəlidir”

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev BƏƏ-nin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev BƏƏ-nin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
Prezident: "Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar son mərhələdədir"

Prezident: "Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar son mərhələdədir"

Xarici siyasət Xarici siyasət
Nazir: “Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk”

Nazir: “Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk”

Xarici siyasət Xarici siyasət
Baş redaktor: “Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və maraq üzərində qurulub”

Baş redaktor: “Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və maraq üzərində qurulub”

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Çavuşoğlu: "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək"

Çavuşoğlu: "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək"

Xarici siyasət Xarici siyasət
Tokayev: “Qazaxıstan Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir”

Tokayev: “Qazaxıstan Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir”