“Bayer 04”ün futbolçusu Bundesliqa rekorduna imza atıb

“Bayer 04”ün futbolçusu Bundesliqa rekorduna imza atıb

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virts Bundesliqa rekorduna imza atıb.

“Birxeber.Az” xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi XXIX turda “Verder”lə oyunda (5:0) het-trik edərək bunu gerçəkləşdirib.

Fasilədən sonra meydana daxil olan Almaniya millisinin üzvü 68, 83 və 90-cı dəqiqələrdə fərqlənib. Bununla Virts komandasının çempionluğu təmin etdiyi görüşdə het-trik müəllifi olan ilk futbolçu kimi Bundesliqa tarixinə düşüb.

Qeyd edək ki, hesabında 79 xal olan “Bayer 04” sona 5 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.