Bakıda mənzildən 17 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 17 min manatlıq qızıl oğurlanıb

Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 17000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.