ASA-nın icraçı direktoru: Qarabağa uyğun sığorta mexanizmi formalaşdırılmalıdır

ASA-nın icraçı direktoru: Qarabağa uyğun sığorta mexanizmi formalaşdırılmalıdır

Qarabağda gələcək firəvan həyatın təmin olunması üçün tərəfimizdən risklər əvvəlcədən müəyyənləşməli və buna uyğun sığorta mexanizmləri formalaşdırılmalıdır.

Birxeber.Az-Economics” xəbər verir ki, bunu "Post-konflikt ərazilərin bərpasına doğru inamlı addımlar" seminarında çıxışı zamanı Azərbaycan Sığortaçılar Assosasiyasının icraçı direktoru Elmar Mirsalayev deyib.
“Bu gün Azərbaycanın sığorta bazarı dayanıqlı əsaslarla inkişaf edir. 2023-cü ildə sektor üzrə yığımlar 1 milyard manatı ötdü, sığorta bazarının ÜDM-dəki payı 1%-ə çatdı. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə sığorta xidmətləri nəzarətedici orqan olan Mərkəzi Bankın məqsədyönlü fəaliyyəti, habelə bazar iştirakçılarının yüksək peşəkarlığı ilə dayanıqlı təməllər üzərində inkişaf edir”, - deyə Elmar Mirsalayev əlavə edib.