Britaniya qanunsuz miqrantları Ermənistana göndərmək niyyətindədir

Britaniya qanunsuz miqrantları Ermənistana göndərmək niyyətindədir

Britaniya krallıqdan qovulan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlar aparır.

Birxeber.Az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rikanın adı hallanır.

Qeyd edilib ki, London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir.

Nəşr yazır ki, Böyük Britaniya artıq bir il yarımdır ki, krallıqdan qovulan qanunsuz miqrantları qəbul etməyə hazır olacaq ölkələr axtarır. Ölkənin Baş naziri Rişi Sunak ötən ilin payızında müvafiq sazişlər bağlamağa ümid etsə də, Britaniya Ruandaya bir dənə də olsun qanunsuz miqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib.