Litvalı idmançı disk atma üzrə dünya rekordu qırıb

Litvalı idmançı disk atma üzrə dünya rekordu qırıb

Litvalı Mikolas Alekna ABŞ-nin Oklahoma ştatında keçirilən turnirdə disk atma üzrə yeni dünya rekordu müəyyənləşdirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Dünya Yüngül Atletika Assosiasiyasının sosial şəbəkə hesabında bildirilib.

O, bazar günü “Oklahoma Throws Series” yarışında 74,35 metr nəticə göstərərək kişilər arasında ən qədim rekordu qırıb. Alekna almaniyalı Yürgen Şultun (74,08) 37 ildən çox davam edən nailiyyətini üstələyib.