BTC ilə Türkiyə ərazisindən ötən il 228 mln. bareldən çox neft nəql edilib

BTC ilə Türkiyə ərazisindən ötən il 228 mln. bareldən çox neft nəql edilib

Ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 1,5% çoxdur.

Bu barədə "Birxeber.Az-Economics" Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ildə BTC vasitəsilə Türkiyə ərazisi ilə 225 445 min barel neft nəql edilib, bu da illik müqayisədə 12,64% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.