Gəncədə yaşayış evində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Gəncədə yaşayış evində baş verən yanğın söndürülüb  - FOTO - YENİLƏNİB

Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, ümumi sahəsi 163 kv/m olan evin 68 kv/metri və həyətdə olan "VAZ" markalı avtomobil yanıb.

Evin qalan hissəsi yanğından mühafizə edilib.

***

22:19

Gəncədə yanğın hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, sözügedən qəsəbədə yerləşən fərdi yaşayış evində anidən yanğın olub.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.