Osloda və Höteborqda Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstərilib

Osloda və Höteborqda Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstərilib

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfirliyi tərəfindən Norveçin Oslo və İsveçin Höteborq şəhərlərində bu ölkələrdə yaşayan həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib.

“Report” xəbər verir ki, müraciət edən Azərbaycan vətəndaşlarına ehtiyacları olan sənədlərin verilməsi səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsi Nail Qocayev tərəfindən təmin edilib.

Habelə, vətəndaşların mövcud problemlər ilə maraqlanıb və onların konsulluq məsələləri ilə bağlı çoxsaylı suallarına cavab verilib.