Fidan Blinkenlə Yaxın Şərqi müzakirə edib

Fidan Blinkenlə Yaxın Şərqi müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla amerikalı həmkarı Antoni Blinken arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında baş tutmuş telefon danışığında İranın İsrailə qarşı cavab hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.

Fidan Türkiyənin regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatlığını diqqətə çatdırıb.

Türkiyənin XİN başçısı ölkəsinin Qəzzada böhran başlayandan bəri bunun regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkib.

Problemin kökündə Qəzzadakı müharibənin dayandığını bildirən nazir Fidan təcili olaraq atəşkəs elan edilməli və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması lazım olduğunu, əks halda böhranın böyüməyə davam edəcəyini xatırladıb.

O deyib ki, gərginliyin artmasının qarşısını almaq üçün İsrailə təsiri olan ölkələr ən doğru mesajları verməlidir.