Husilər ABŞ gəmisinə raket zərbəsi endirib

Husilər ABŞ gəmisinə raket zərbəsi endirib

Yəmən husiləri Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Lewis B. Puller” gəmisinə raket zərbəsi endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının (husilər) nümayəndəsi Yəhya Sariya məlumat verib.

Qeyd edilib ki, yanvarın 28-də Yəmən donanması “USS Lewis B. Puller”i gəmi əleyhinə raketlə vurub.