Bayden G7 ilə İranın İsrailə hücumunu müzakirə edib

Bayden G7 ilə İranın İsrailə hücumunu müzakirə edib

ABŞ Prezidenti Co Bayden “Böyük yeddilik” (G7) ilə İranın İsrailə hücumunu müzakirə edib.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Bayden G7 liderləri ilə videogörüntü vasitəsilə təkbətək şəkildə danışıb”, - məlumatda deyilir.

Tərəflər İranın İsrailə hücumunu pisləyib və G7-nin İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyib.