Tanzaniyada leysan yağışlarında 50-dən çox insan ölüb

Tanzaniyada leysan yağışlarında 50-dən çox insan ölüb

Tanzaniyada bu ay yağan güclü yağışlar nəticəsində azı 58 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə brifinqdə ölkə hökumətinin nümayəndəsi Mobhare Matinyi bildirib.

“Aprelin 1-dən aprelin 14-dək daşqınlara səbəb olan leysan yağışlar nəticəsində 58 nəfər həlak olub”, - deyən hökumət rəsmisi bildirib ki, 10 mindən çox evə ziyan dəyib, 76,6 min təsərrüfat zərər çəkib.

Daşqınlar ən çox Tanzaniyanın sahil bölgələrini vurub.