ABŞ MİT rəisindən İsrail-İran arasındakı gərginlikdə vasitəçi olmasını istəyib

ABŞ MİT rəisindən İsrail-İran arasındakı gərginlikdə vasitəçi olmasını istəyib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalınla ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Amerika kəşfiyyatının başçısı bayram günü türkiyəli həmkarına zəng edərək ondan “İranın İsrailə hücumu iddiaları ilə bağlı vasitəçi olmasını istəyib”.

Eyni zamanda, Kalın və Börns Qəzzada atəşkəs danışıqları ilə bağlı da fikir mübadiləsi aparıblar.

Kalın telefon danışığından sonra HƏMAS nümayəndələri ilə təmasda olub.