G7 ölkələri İranın İsrailə hücumunu pisləyib

G7 ölkələri İranın İsrailə hücumunu pisləyib

Yeddilik Qrupu (G7) ölkələri İranın İsrailə hücumunu pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel G7-nin iclasının yekunlarına dair açıqlama verib.

“G7 ölkələrinin liderləri ilə birlikdə biz yekdilliklə İranın İsrailə misli görünməmiş hücumunu pislədik. Bütün tərəflər təmkinli davranmalıdır”, – Mişel sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, G7 gərginliyi azaltmaq üçün bütün səyləri davam etdirəcək:

“Qəzza zolağında böhrana mümkün qədər tez son qoyulması – xüsusən də dərhal atəşkəs yolu ilə – fərq yaradacaq”, – o qeyd edib.

“Yaxın Şərqdəki vəziyyət, o cümlədən Livan gələn həftə Avropa Şurasında müzakirə olunacaq”, – Mişel əlavə edib.