İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb

İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb

İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb.

“Report” xəbər verir ki, bu barədə Prezident Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib.

“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq <…> Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – Hersoq vurğulayıb.

Bununla yanaşı, dövlət başçısı İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb.