Türkiyə və Britaniya XİN başçıları Yaxın Şərqlə bağlı müzakirə aparıb

Türkiyə və Britaniya XİN başçıları Yaxın Şərqlə bağlı müzakirə aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, hər iki nazir regionda eskalasiyanın daha da artmamasının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 13-dən 14-nə keçən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.