KİV: Netanyahu Baydenlə danışıqdan sonra İrana cavab zərbəsindən vaz keçib

KİV: Netanyahu Baydenlə danışıqdan sonra İrana cavab zərbəsindən vaz keçib

İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığından sonra İrana cavab zərbəsindən vaz keçib.

Birxeber.Az-nın xəbərinə görə, bu barədə “New York Times” məlumat yayıb.

İsrail Nazirlər Kabinetinin bir neçə üzvü İrana hücumu vacib sayıblar. Lakin İranın hücumu nəticəsində ciddi ziyanın dəyməməsi, həmçinin ABŞ Prezident ilə danışıqlardan sonra Binyamin Netanyahu İrana zərbə endirməkdən vaz keçib.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.