İordaniya Kralı COP29-a dəvət edilib

İordaniya Kralı COP29-a dəvət edilib

İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn COP29-a dəvət edilib.

Müdafiə Nazirliyindən Birxeber.Az-ya verilən xəbərə görə, müdafiə naziri Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını və Kral Əlahəzrət II Abdullah ibn Al Hüseynə ünvanlanmış ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə çatdırıb.