İraq Prezidenti: Yaxın Şərqdə münaqişənin genişləndirilməsi yolverilməzdir

İraq Prezidenti: Yaxın Şərqdə münaqişənin genişləndirilməsi yolverilməzdir

Heç bir müharibə xalqların problemlərinin həllinə gətirib çıxarmayacaq, əksinə region dövlətləri arasında fikir ayrılıqlarını gücləndirəcək.

"Birxeber.Az" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İraq Prezidenti Əbdüllətif Camal Rəşid İranın İsrail ərazisinə hücumuna münasibət bildirərkən deyib.

O, Yaxın Şərqdə mövcud münaqişənin genişlənməsinin qəbuledilməz olduğunu qeyd edib.

Regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayan İraq dövlət başçısı tərəfləri təmkinli olmağa çağırıb.