İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlu həyatlarının itiriblər.

Amid İsbərov və Fərhan Məmmədzadə 8-ci sinif şagirdləri olub.

***

saat 15.56

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.