Pakistan İranla diplomatik münasibətləri bərpa etmək qərarına gəlib

Pakistan İranla diplomatik münasibətləri bərpa etmək qərarına gəlib

Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, bu qərardan sonra daha əvvəl geri çağırılmış səfirlər Rza Əmiri Müqəddəm və Məhəmməd Mudasir Tipu uyğun olaraq İslamabad və Tehrana qayıdacaqlar.