İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul edəcək

İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul edəcək

İsrail hökuməti bu gün İranın hücumu ilə bağlı cavab zərbəsinə dair qərar qəbul edəcək.

APA-nın xəbərinə görə, bunu İsrail Ordusunun nümayəndəsi podpolkovnik Piter Lerner “Sky News”-a müsahibəsində bildirib.

Qeyd edək ki, İsrail Ordusu bu gün ölkə ərazisinə gecə hücumuna görə Hizzbullah Hərəkatının Livandakı böyük obyektinə zərbə endirildiyini açıqlayıb.