Gəncədə bazarda yanğın olub

Gəncədə bazarda yanğın olub

Gəncə şəhərində bazar ərazisində ümumi sahəsi 150 m² olan talvarın taxta atmaları 25 m² sahədə, piştaxta 40 m² sahədə və 3 ədəd soyuducu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.