Çin XİN ABŞ-ın ona məxsus hava şarını vurmasına etiraz edib

Çin XİN ABŞ-ın ona məxsus hava şarını vurmasına etiraz edib

Rəsmi Pekin ABŞ-ın Çin Xalq Respubikasına məxsus hava şarına hücumuna etiraz edir və cavab vermək hüququnu özündə saxlayır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə fevralın 5-də Çinin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Çin ABŞ-ın mülki pilotsuz hava şarına hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. Çin yoxlamadan sonra dəfələrlə Amerika tərəfinə hava şarının mülki istifadə üçün nəzərdə tutulduğunu və tamamilə təsadüfi olan fors-major vəziyyətə görə Birləşmiş Ştatların (hava məkanına - red.) daxil olması barədə məlumat verib”, - nazirliyin açıqlamasında deyilir.

Pekin ABŞ-ı bu məsələ ilə “sakit, peşəkar və təmkinlə” məşğul olmağa çağırıb.

Çin Xarici İşlər Nazirliyində qeyd edilib ki, hava şarı yerdəki insanlar üçün hərbi və fiziki təhlükə yaratmayıb. Bu fonda ABŞ-ın hərəkəti “beynəlxalq təcrübəni ciddi şəkildə pozan həddindən artıq reaksiya” göstərir.

"Çin müvafiq müəssisələrin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacaq, eyni zamanda əlavə zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayacaq", - Çin Xarici İşlər Nazirliyi əlavə edib.

ABŞ ötən gün öz hava məkanında Çinin hava şarını (aerostat-red) vurub. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb. Lakin bununla bağlı əmrin Prezident Cozef Bayden tərəfindən verildiyi məlumdur. Pentaqon hava şarı vasitəsilə hərbi obyektlərin şəkillərinin çəkildiyini iddia edib.

Digər ölkələr Digər ölkələr
ABŞ Ukraynaya PUA-ya qarşı mübarizə aparmaq üçün avadanlıq verməyi planlaşdırır

ABŞ Ukraynaya PUA-ya qarşı mübarizə aparmaq üçün avadanlıq verməyi planlaşdırır

Digər ölkələr Digər ölkələr
Polşa ukraynalı qaçqınlara yardımı dayandıracaq

Polşa ukraynalı qaçqınlara yardımı dayandıracaq

Digər ölkələr Digər ölkələr
G7 ölkələri İranı məsuliyyətə cəlb etmək istəyir

G7 ölkələri İranı məsuliyyətə cəlb etmək istəyir

Digər ölkələr Digər ölkələr
ABŞ müdafiə naziri: “Finlandiya və İsveçin NATO-ya qəbul müddətləri onların hökumətlərinin fəaliyyətindən asılıdır”

ABŞ müdafiə naziri: “Finlandiya və İsveçin NATO-ya qəbul müddətləri onların hökumətlərinin fəaliyyətindən asılıdır”

Digər ölkələr Digər ölkələr
“G7” liderləri Yaponiyada Ukrayna və Tayvanla bağlı sənəd qəbul edəcəklər

“G7” liderləri Yaponiyada Ukrayna və Tayvanla bağlı sənəd qəbul edəcəklər

Digər ölkələr Digər ölkələr
NATO Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Rumıniyaya AWACS təyyarələri yerləşdirəcək

NATO Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Rumıniyaya AWACS təyyarələri yerləşdirəcək

Digər ölkələr Digər ölkələr
ABŞ Ukraynanın minalardan təmizlənməsi üçün 47,6 milyon dollar ayırıb

ABŞ Ukraynanın minalardan təmizlənməsi üçün 47,6 milyon dollar ayırıb

Digər ölkələr Digər ölkələr
Hindistanda ağır yol qəzası nəticəsində azı 11 nəfər ölüb

Hindistanda ağır yol qəzası nəticəsində azı 11 nəfər ölüb

Digər ölkələr Digər ölkələr
Zəlzələ Suriyada da dağıntılara yol açıb, ölənlər var

Zəlzələ Suriyada da dağıntılara yol açıb, ölənlər var

Digər ölkələr Digər ölkələr
ABŞ-da atışma zamanı onlarla insan yaralanıb, ölən var

ABŞ-da atışma zamanı onlarla insan yaralanıb, ölən var

Digər ölkələr Digər ölkələr
KİV: "ABŞ Ukraynaya "ağıllı bomba" kompleksləri verməyi planlaşdırır"

KİV: "ABŞ Ukraynaya "ağıllı bomba" kompleksləri verməyi planlaşdırır"

Digər ölkələr Digər ölkələr
Britaniya Silahlı Qüvvələrinin komandanı Moskva ilə daha sıx əlaqə saxlamaq istədiyini bildirib

Britaniya Silahlı Qüvvələrinin komandanı Moskva ilə daha sıx əlaqə saxlamaq istədiyini bildirib