Çilidə meşə yanğınları zamanı onlarla insan həlak olub, yüzlərlə xəsarət alan var
Çilinin mərkəzi və cənub bölgələrində davam edən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 22-yə çatıb.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Qeyd edilir ki, Cənubi Amerika ölkəsində istilərin səbəb olduğu meşə yanğınları davam edir. Ölkənin müxtəlif yerlərində, xüsusilə Nuble və Biobio bölgələrində yanğınla mübarizə davam edərkən, insan itkiləri artır. Çili daxili işlər naziri Karolina Toha həyatını itirənlərin sayının 22-yə yüksəldiyini, 16-sı ağır olmaqla 554 nəfərin xəsarət aldığını bildirib.
Nazir təbii fəlakət zamanı azı 10 nəfərin itkin düşdüyünü qeyd edib. Karolina Toha 251 aktiv yanğın ocağından 76-nın bu gün başladığını bildirib.