İddiaçılar Turniri: Nicat Abasov heç-heçəyə razılaşıb

İddiaçılar Turniri: Nicat Abasov heç-heçəyə razılaşıb

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində davam edən İddiaçılar Turnirində növbəti görüşünü Yan Nepomnyaşiya (FIDE) qarşı keçirib.

"Birxeber.Az"un məlumatına görə, qara fiqurlarla oynayan 28 yaşlı qrossmeysterimiz VIII tur çərçivəsində rusiyalı həmkarı ilə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, N.Abasovla Yan Nepomnyaşi arasında I tura təsadüf edən görüş də heç-heçə yekunlaşmışdı - 0,5:0,5. Azərbaycan təmsilçisi hazırda 2.5 xalla sonuncu - səkkizinci sırada qərarlaşıb.