Misir XİN: Yaxın Şərqdə eskalasiya tərəfləri ilə əlaqə saxlayırıq

Misir XİN: Yaxın Şərqdə eskalasiya tərəfləri ilə əlaqə saxlayırıq

Misir Yaxın Şərqdə gərginliyin bütün tərəfləri ilə əlaqə saxlayır və regionda təhlükəli qeyri-sabitliyin yeni mərhələsinin qarşısını almaq üçün vəziyyəti cilovlamağa çalışır.

"Birxeber.Az"un məlumatına görə, bu barədə Misir Xarici İşlər Nazirliyi İranın İsrail ərazisinə davam edən hücumu fonunda bildirib.

“Misir vəziyyəti cilovlamaq, gərginliyin artmasının qarşısını almaq və Yaxın Şərqi bütün xalqların maraqlarını təhdid edən təhlükəli qeyri-sabitlik girdabına düşmək riskindən xilas etmək üçün regionun bütün maraqlı tərəflərlə əlaqə saxladığını təsdiqləyir”, - XİN-in bəyanatında deyilir.