Baydenlə Netanyahu arasında telefon danışığı olub

Baydenlə Netanyahu arasında telefon danışığı olub

ABŞ Prezidenti Cozef Bayden İranın İsrailə hücumu fonunda İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

"Birxeber.Az"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.

“Prezident Bayden bu gün (dünən-red) axşam saatlarında İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışıb”, - məlumatda deyilir.

Danışığın təfərrüatları hələ açıqlanmır.

Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.