Bakı-Qazax şossesində zəncirvari qəza olub, xəsarət alanlar var

Bakı-Qazax şossesində zəncirvari qəza olub, xəsarət alanlar var

Bakının Qaradağ rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Birxeber.Az xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb.

Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nağıyev Nadir Habil oğlu və 22 yaşlı Ələkbərzadə Sadiq Eduard oğlu ağır xəsarətlər alıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.