Serbiyalı nazir: “2024-cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”

Serbiyalı nazir: “2024-cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”

Serbiya 2024-cü ilin əvvəlində Azərbaycanın təbii qazının tədarükünün başlayacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç bildirib.

"Serbiya sonrakı mərhələdə Cənub Qaz Dəhlizi layihəsində daha çox iştirak etdi, lakin biz bu marşrutun bir hissəsi olmaq üçün səylə çalışırıq. Bu, bizə qaz təchizatı mənbələrimizi şaxələndirməyə və onları daha təhlükəsiz etməyə imkan verəcək", - Cedoviç bildirib.

Cedoviçin sözlərinə görə, Bolqarıstan-Serbiya qaz birləşdiricisinin tikintisi 2023-cü ilin payızında başa çatacaq. "Biz ilk qaz tədarükünü (Azərbaycandan - red) 2024-cü ilin əvvəlində gözləyirik ki, bu da bütün maraqlı tərəflərin kommersiya danışıqlarının sürətindən asılıdır.

Biz danışıqların maksimum səmərəliliyinə ümid edirik ki, Azərbaycan qazı ən qısa zamanda Serbiyaya çatdırıla bilsin", - o deyib.

Qeyd edək ki, daha əvvəl Serbiyanın qaza olan tələbatının 40%-ə qədərini Azərbaycandan tədarük hesabına ödəməyi planlaşdırdığı məlum olub.

Energetika Energetika
Aİ komissarı: “Azərbaycan Avropanın sınaqdan çıxmış tərəfdaşdır”

Aİ komissarı: “Azərbaycan Avropanın sınaqdan çıxmış tərəfdaşdır”

Energetika Energetika
OPEC 2023-cü ildə neftə tələbatla bağlı proqnozunu dəyişməyib

OPEC 2023-cü ildə neftə tələbatla bağlı proqnozunu dəyişməyib

Energetika Energetika
Azərbaycan Qətərlə Yaşmada qaz-turbin elektrik stansiyası inşası ilə bağlı müzakirələr aparır

Azərbaycan Qətərlə Yaşmada qaz-turbin elektrik stansiyası inşası ilə bağlı müzakirələr aparır

Energetika Energetika
Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Şurasına üzv seçilib

Energetika Energetika
Blinken: “Bolqarıstan 2024-cü ildə qaza olan ehtiyacını Azərbaycan və ABŞ hesabına qarşılayacaq”

Blinken: “Bolqarıstan 2024-cü ildə qaza olan ehtiyacını Azərbaycan və ABŞ hesabına qarşılayacaq”

Energetika Energetika
SOCAR Türkmənistanda nümayəndəlik açmağı planlaşdırır

SOCAR Türkmənistanda nümayəndəlik açmağı planlaşdırır

Energetika Energetika
İndoneziya təbii qaz hasilatını artırmağı planlaşdırır

İndoneziya təbii qaz hasilatını artırmağı planlaşdırır

Energetika Energetika
Çeçenistanda son 30 ildə ilk dəfə yeni karbohidrogen yataqları aşkar edilib

Çeçenistanda son 30 ildə ilk dəfə yeni karbohidrogen yataqları aşkar edilib

Energetika Energetika
İEA: "Yanvarda Rusiyanın neft və qaz satışından gəlirləri 38 % azalıb"

İEA: "Yanvarda Rusiyanın neft və qaz satışından gəlirləri 38 % azalıb"

Energetika Energetika
Pərviz Şahbazov: "Azərbaycanda elektrik enerjisi istehsalı 3 %-dək artıb"

Pərviz Şahbazov: "Azərbaycanda elektrik enerjisi istehsalı 3 %-dək artıb"

Energetika Energetika
"Masdar" 2026-cı ilə qədər Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikəcək

"Masdar" 2026-cı ilə qədər Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikəcək

Energetika Energetika
Azərbaycanla AYİB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanla AYİB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib