Xankəndi-Laçın yolunda aksiya yüksək əhval-ruhiyyə ilə davam edir: etirazçıların tələbləri dəyişməzdir 

Xankəndi-Laçın yolunda aksiya yüksək əhval-ruhiyyə ilə davam edir: etirazçıların tələbləri dəyişməzdir 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ruh yüksəkliyi ilə davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, aksiya iştirakçıları axşam saatlarında da yüksək fəallıq nümayiş etdirirlər.

Onlar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda aksiya dinc etirazçıların nümayiş etdirdiyi yüksək əhval-ruhiyyə ilə davam edir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və 55 gündür davam edir.

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 42 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 42 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 51 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 51 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6

QARABAĞ QARABAĞ
Almaniyadan olan səyahətçi: “Azad olunmuş ərazilərə səfər etmək unikal şansdır”

Almaniyadan olan səyahətçi: “Azad olunmuş ərazilərə səfər etmək unikal şansdır”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların daha 11 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

Xankəndi-Laçın yolunda sülhməramlıların daha 11 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

QARABAĞ QARABAĞ
Dünya Bankı: “Azərbaycanda münaqişədən sonrakı dövrdə vəziyyətin yaxşılaşdırılmasında iştirak etməkdən şadıq”

Dünya Bankı: “Azərbaycanda münaqişədən sonrakı dövrdə vəziyyətin yaxşılaşdırılmasında iştirak etməkdən şadıq”

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 70 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 70 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
Bu gün Xankəndidən Laçına sülhməramlıların 36 avtomobili maneəsiz keçib - VİDEO - YENİLƏNİB-10

Bu gün Xankəndidən Laçına sülhməramlıların 36 avtomobili maneəsiz keçib - VİDEO - YENİLƏNİB-10

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlıların tibb xidməti avtomobilinin hərəkətinə növbəti dəfə şərait yaradılıb

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlıların tibb xidməti avtomobilinin hərəkətinə növbəti dəfə şərait yaradılıb

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 77 avtomobili maneəsiz keçib - YENİLƏNİB-11

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 77 avtomobili maneəsiz keçib - YENİLƏNİB-11

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edir

Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edir

QARABAĞ QARABAĞ
Gürcüstan nümayəndə heyəti Ağdam şəhərində olub

Gürcüstan nümayəndə heyəti Ağdam şəhərində olub

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 79 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 79 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6