BMT-nin baş katibi İranın İsrailə hücumunu pisləyib

BMT-nin baş katibi İranın İsrailə hücumunu pisləyib

BMT-nin baş katibi Antoniu Quterreş İranın İsrailə hücumunu pisləyib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

"Birxeber.Az"un məlumatına görə, bu barədə beynəlxalq təşkilatının bəyanatında deyilir.

"İsrailin İran İslam Respublikası tərəfindən məruz qaldığı genişmiqyaslı hücum şəklində ciddi eskalasiyanı kəskin şəkildə pisləyirəm. Bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram", - bəyanatda deyilir.

Daha əvvəl bildirilib ki, İranın onlarla PUA-sı İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçub. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr də İordaniya ərazisi üzərində müşahidə edilib.