Beynəlxalq səyahətçilər Cıdır düzündə olublar

Beynəlxalq səyahətçilər Cıdır düzündə olublar

12 ölkənin nümayəndəsinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu ekofəalların 55 gündür Azərbaycanın yataqlarının bütün ekoloji standartları pozmaqla, qanunsuz, nəzarətsiz istismarına qarşı Xankəndi-Laçın yolunda dinc aksiya keçirdikləri əraziyə baş çəkdikdən sonra Şuşadakı Cıdır düzünə yollanıb.

“Birxeber.Az” xəbər verir ki, qonaqlara bir vaxtlar Cıdır düzündə Qarabağın məşhur atları üzərində atçılıq yarışları keçirildiyi, milli bayramların qeyd olunduğu barədə məlumat verilib.

Səyyahlara həmçinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan hərbçilərinin yüngül silahlarla bu təhlükəli qayalara dırmaşaraq düşmənin gözləmədiyi yerdən görünməmiş hərbi əməliyyat keçirməsindən, Şuşanın işğaldan azad edilməsindən danışılıb.

Bildirilib ki, müharibə başa çatdıqdan və Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra hər il Cıdır düzündə Xarıbülbül Beynəlxalq Musiqi Festivalı keçirilir, eləcə də digər böyük tədbirlər təşkil olunur.

Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.

QARABAĞ QARABAĞ
BQXK-yə məxsus avtomobillər Xankəndindən Laçın istiqamətinə maneəsiz keçib  

BQXK-yə məxsus avtomobillər Xankəndindən Laçın istiqamətinə maneəsiz keçib  

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 78 avtomobili maneəsiz keçib - YENİLƏNİB-18

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 78 avtomobili maneəsiz keçib - YENİLƏNİB-18

QARABAĞ QARABAĞ
GSISD direktoru: “Xocalı soyqırımı müasir tarixin ən qeyri-insani əməllərindən biridir”

GSISD direktoru: “Xocalı soyqırımı müasir tarixin ən qeyri-insani əməllərindən biridir”

QARABAĞ QARABAĞ
12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib

QARABAĞ QARABAĞ
Dövlət başçısı Suqovuşanda turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub

Dövlət başçısı Suqovuşanda turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 22 avtomobil maneəsiz hərəkət edib - VİDEO - YENİLƏNİB-3

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 22 avtomobil maneəsiz hərəkət edib - VİDEO - YENİLƏNİB-3

QARABAĞ QARABAĞ
Rafiq Əziz Xocalıdan olan uşaqların Türkiyəyə aparılmasından danışır: "O vaxt bizi Baş nazir qarşıladı" - MÜSAHİBƏ

Rafiq Əziz Xocalıdan olan uşaqların Türkiyəyə aparılmasından danışır: "O vaxt bizi Baş nazir qarşıladı" - MÜSAHİBƏ

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 45 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

Xankəndi-Laçın yolunda sülhməramlıların 45 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda etiraz davam edir, aksiyaçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

Xankəndi-Laçın yolunda etiraz davam edir, aksiyaçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolundakı aksiyada aktivlik daha da artır: ekofəallardan dünyaya çağırış

Xankəndi-Laçın yolundakı aksiyada aktivlik daha da artır: ekofəallardan dünyaya çağırış

QARABAĞ QARABAĞ
“İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfrans keçirilib

“İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfrans keçirilib

QARABAĞ QARABAĞ
İlham Əliyev: "Erməni havadarları bizə qarşı informasiya müharibəsi elan ediblər"

İlham Əliyev: "Erməni havadarları bizə qarşı informasiya müharibəsi elan ediblər"