Bakıda mağaza yanır

Bakıda mağaza yanır

Bakının Xətai rayonu, Babək prospektində mağaza yanır.

Bu barədə "Birxeber.Az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri həyata keçirilir.