Avstraliyada bıçaqlı hücum zamanı ölənlərin sayı 5-ə çatıb, 9 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Avstraliyada bıçaqlı hücum zamanı ölənlərin sayı 5-ə çatıb, 9 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Naməlum şəxsin Sidneydəki ticarət mərkəzinə bıçaqla hücumu zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın “abc.net”ə istinadən xəbərinə görə, hadisə zamanı 9 nəfərin yaralandığı bildirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Yerli polisin açıqlamasına görə, o, hələlik motivi bəlli olmayan hadisəni təkbaşına törədib.

Qeyd edək ki, hücum edən şəxs polisin müdaxiləsi ilə zərərsizləşdirilib.

***

12:08

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 4 nəfər ölüb.

APA-nın “BBC”yə istinadən xəbərinə görə, hadisə zamanı daha 8 nəfərin yaralandığı bildirilir. Onların arasında azyaşlı uşaq da var.

Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Polisin məlumatına görə, adı hələlik açıqlanmayan bu şəxsin radikal dini qruplaşmalarla əlaqəsi araşdırılır.