Avstraliyada ticarət mərkəzində atışma olub, ölənlər var

Avstraliyada ticarət mərkəzində atışma olub, ölənlər var

Avstraliyanın Sidney şəhərində ticarət mərkəzində atışma baş verib, 6 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” nəşri məlumat yayıb.

Qeyd edilib ki, ticarət mərkəzində olan ziyarətçilər təxliyə edilib.

Yeni Cənubi Uels ştatının hüquq-mühafizə orqanlarına bıçaqlanma ilə bağlı məlumatın daxil olduğu bildirilir.

Polisi bu hadisələrlə bağlı əlavə məlumat verməyib.