"Barselona" Roberto ilə yollarını ayıracaq

"Barselona" Roberto ilə yollarını ayıracaq

Serxi Robertonun "Barselona"dakı taleyine aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, "Barselona" yayda kapitanı ilə yollarını ayırmaq qərarına gəlib.

Əslində, 31 yaşlı müdafiəçi komandanın baş məşqçisi Xavi ilə görüşərək, klubda qalmağa razılaşmışdı. Ancaq mövsümün sonunda ispaniyalı mütəxəssisin klubdan ayrılma qərarı alması Robertonun və “Barselona”nın planlarını dəyişib.

Qeyd edək ki, 2006-cı ildən “Barselona”nın şərəfini qoruyan arxa xətt oyunçusu bu mövsüm meydana çıxdığı 14 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.