Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib

Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, yığma buna B qrupunun II tur matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.

Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq.

Qeyd edək ki, yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.