Azərbaycan və Macarıstan investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edib.
"Birxeber.Az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimizin ikitərəfli münasibətlərinə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq, investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə etdik", - M. Cabbarov qeyd edib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimizin ikitərəfli münasibətlərinə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq, #investisiya-ların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə etdik.#EconomyAzpic.twitter.com/YsyHWQ5ON1